Hesablama Palatası publik hüquqi şəxslərlə bağlı narahatdır: “5 milyard manatdan çox vəsait...\"

Hesablama Palatası publik hüquqi şəxslərlə bağlı narahatdır: “5 milyard manatdan çox vəsait...\
2020-ci ildə dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılan vəsaitin məbləğinin artması Hesablama Palatasını narahat edir. Palata dövlət büdcəsinin icrası ilə bağlı hazırladığı rəydə bildirir ki, publik hüquqi şəxslərə ayrılan vəsaitlərin artması dövlət maliyyəsi üçün potensial risk mənbəyidir. 

Sfera.az xatırladır ki, son illərdə bir sıra yeni publik hüquqi şəxs yaradılıb, bəzi büdcə təşkilatları publik hüquqi şəxsə çevrilib. Bunun nəticəsəndə dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılan vəsaitin məbləği xeyli artıb. 

Hesablama Palatası bildirir ki, büdcədən publik hüquqi şəxslərə ayrılan vəsaitlər artdığından maliyyələşmənin hüquqi əsasları müəyyən edilməlidir. 

2020-ci il dövlət büdcəsinin ayrı-ayrı istiqamətlərindən publik hüquqi şəxslərə ümumilikdə 5 milyard manatdan çox vəsait ayrılıb. Palata qeyd edir ki, əvvəlki illərdən fərqli olaraq 2020-ci il dövlət büdcəsinin layihəsində və icrası barədə illik hesabatda ayrı-ayrı publik hüquqi şəxslərə ayrılan xərclər dövlət büdcəsində ayrıca sətirlə göstərilməyib, funksional təsnifatın bölməsində cəm şəklində "publik hüquqi şəxslərə dövlət büdcəsindən vəsaitin ayrılması” adı altında göstərilib. Bu da həmin vəsaitin icraçısı olan qurumlar barədə məlumatın hesabatda verilməməsi ilə nəticələnib. 

Hesablama Palatası hesab edir ki, qanunvericilikdə publik hüquqi şəxslərə vəsaitlərin ayrılması ilə bağlı konkret çərçivənin (sahələr üzrə) müəyyən olunmaması bazar iqtisadiyyatında rəqabətlilik prinsiplərinin pozulmasına səbəb olur: 

"Publik hüquqi şəxslər və sahibkarlıq subyekti tərəfindən göstərilən eyni və ya oxşar xidmətlər üzrə 1 tərəfin vergidən azad olması, digər tərəfin isə vergiyə cəlb olunması rəqabətliliyi pozan hal kimi qeyd edilə bilər. Həmçinin, bəzi hallarda publik hüquqi şəxslərə ayrılan vəsait kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmaları yolu ilə dəstəklənməsini məhdudlaşdırmış olur”. 

Hesablama Palatası bəzi publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsindən vəsaitlər ayrılmasının büdcə üçün əlavə yük yaratdığını vurğulayıb:
 
"Yeni yaradılan publik hüquqi şəxslərə fəaliyyətin ilk illərində dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə dəstəyinin verilməsi və dövlət sifarişi əsasında onlara dövlət büdcəsindən vəsaitlərin ayrılması təbii proses kimi qəbul edilə bilər. Lakin uzunmüddətli dövrdə davamlı olaraq publik hüquqi şəxslərə vəsaitlərin ayrılması (əsasən də dövlət sifarişi ilə bağlı olmayan istiqamətlərə) əksinə dövlət maliyyə sisteminə yük kimi qiymətləndirilməlidir. Digər tərəfdən isə publik hüquqi şəxslərin mənfəəti vergilərdən azad olur, eləcə də büdcə təşkilatlarının son illər ərzində publik hüquqi şəxsə çevrilməsi bu təşkilatlar üzrə iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətdən əldə edilən gəlirlərin dövlət büdcəsinin gəlirlərinə (büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinə) aid edilmir ki, bu da dövlət büdcəsinin gəlirlərinə azaldıcı təsir edir”. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...