\"Hərdən adlar, sözlər yaddan çıxırdı... Çay içəndə fincanı bir tərəfə əyirdim\" ... - Onkoloji xəstələrdə qeyri-adi simptomlar

\

Bəzən demək istədiyini unutmaq, nə etmək istədiyini bilməmək, çay içəndə əlin titrəməsi, fincanın əyilməsi kimi ilk baxışdan əhəmiyyətsiz simptomlar sonradan onkoloji şiş aşkarlanan xəstələrin xatırladıqları məqamlardır.

Sfera.az medicina.az-a istinadən bildirir ki, London Kral Kollecinin həkimləri xərçəng xəstələrinin xəstəlik tarixçələrini qeydə alaraq, onların diaqnoz qoyulandan öncə özlərində hiss etdikləri qeyri-adi əlamətləri toplayıblar.

Stress, qocalıqla səhv salınan xərçəng

Xəstələrin çoxu onlarda baş verən dəyişikliklərin yorğunluq, stress, yaşlanma ilə bağlı olduqlarını  düşünüblər.

Ekspertlər 39 pasiyentlə söhbət aparıblar. Hər bir xəstə əhəmiyyət vermədiyi əlamətləri xatırlayıb. Bunlar o qədər kiçik şeylər olub ki, həkimə getməyə belə səbəb hesab edilməyib.


"Biz bu qeydləri açıqlamaqla diqqəti erkən diaqnostikaya yöməltmək istəyirik. Bu əlamətlər xəstəliyin işarəsi ola bilər. Ən kiçik detal, dəyişiklik belə diqqətdən qaçmamalıdır" -deyə tədqiqatşılar bildirib.


Bir çox xəstələrin hekayələri, əlamətləri hətta oxşardır:


"Çay içəndə mənə elə gəlirdi ki, fincanın bir tərəfi əyilir, əsir - deyə 63 yaşlı qadın yada salır- Amma mənim ağlıma gəlməzdi ki, xərçəng var. Elə bilirdim qocalıqdandır".


"Mən çox yorulurdum. Əvvəlki kimi işləyə bilmirdim. Hamı yorğunluqdan şikayət edirdi"-  33 yaşlı pasiyent deyir.


"Gündüzlər yatmaq istəyirdim. Yuxum gəlirdi. Elə bilirdim normal haldır, axı 50 yaşım olurdu".

" Danışanda sanki dilim topuq vurur, dolaşırdı. Bu çox az çəkirdi, sonra düzəlirdi".


"Çox vaxt demək istədiyimi unurdum,  bildiyim sözü xatırlaya bilmirdim"


Çox xəstələr isə hardansa kənar, heç vaxt duymadıqları bir qoxudan bəhs ediblər. Halbuki başqaları bu qoxunu hiss etmirdilər.

Bu əlamətlərə görə həkimə getməyi ağılsızlıq hesab edən xəstələr qiymətli vaxtı əldən qaçırıblar.


Beləliklə, xərçəngönü və artıq xərçəng olan insanda bu əlamətlərdən bir çoxu müşahidə edilir:


-Qısa müddətdə dildə, yazıda geriyə qalma, kəkələmə, çətinlik

-Diqqət və yaddaşın pozulması

-Koordinasiya, əl hərəkəti, gəzmədə dəyişiklik

-Yuxunun pozulması

-Həddən artıq yorğunluq

-İşığa, rəngə, səsə, qoxuya, yeməyə qarşı həssaslıq

-Xarakterin dəyişməsi, sakit adamın qıcıqlı olması, əsəbi adamın durğunluğu

Xüsusən beyində rast gəlinən 70 cür şiş xəstəliyində şişin yerləşdiyi yerdən asılı olaraq, müxtəlif nevroloji problemlər ola bilər. Pasiyent bu əlamətləri gördükdə, ilk növbədə nevroloqa müraciət etməlidir. Daha sonra isə MRT olunmalıdır. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...