\"Hərbi senzura tətbiq olunmalıdır...\" - Hüquqşünasdan açıqlama

\

"İnternetin daha da məhdudlaşdırılması, bəzi saytların bağlanması gözləniləndir”.


Bu sözləri Sfera.az-a açıqlamasında Baş Prokurorluq və Müdafiə Nazirliyinin müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkələrdə foto və video paylaşımların edilməməsi xəbərdarlığına toxunarkən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib:



 

"Bu daha çox vətəndaş məsuliyyətilə bağlı olan məsələdir, nəinki qanunvericiliklə. Qanunvericilik məsuliyyətini isə dövlət sirri olan məlumatlara sahib hüquqi şəxslər daşıyırlar. Qalan hallarda hər hansı bir şəxsin məsuliyyət daşıması doğru deyil, qanunvericilikdə bu nəzərdə tutulmayıb”.


Hüquqşünas hesab edir ki, mövcud xəbərdarlığa əməl edilmədikdə, yanlış məlumatların yayılması ayrı-ayrı şəxslərin məsuliyyətə cəlb edilməsinə, bəzi KİV-lərin fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxaracaq:

 

"Azərbaycanda hərbi vəziyyət elan olunub, qismən səfərbərlik var. Hərbi vəziyyətin elan olunduğu ərazilərdə müharibə ilə bağlı yayılan rəsmi olmayan məlumatların qarşısını almaq üçün hərbi senzuranın tətbiqi gözləniləndir. Həmçinin, bu halda digər məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi də istisna deyil. Əsassız məlumatlar yayan saytların fəaliyyətinin dayandırılması ilə bağlı qərarlar verilə, habelə internet daha da məhdudlaşdırıla bilər”.


Həmsöhbətimiz qeyd etdi ki, belə məlumatları yayanları müharibə dövrünün tələblərinə uyğun ən müxtəlif cəzalar gözləyir:

 

"Bu məlumatlar təxribat, təşviş xarakteri daşıyırsa, onları yayanlar məsuliyyətə cəlb edilməlidir. Bu zaman ən müxtəlif cəzalar tətbiq edilə bilər. Azadlıqdan məhrumetmə cəzasından tutmuş, inzibati məsuliyyətə cəlb etməyə qədər müxtəlif mexanizmlər var. O baxır, xətanın hansı xarakterdə olmasına və növünə”.


Ə. Nuriyev bu məsələdə vətəndaş məsuliyyətini artırmağa çağırıb:

 

"Müdafiə Nazirliyi maarifçilik məqsədilə çoxsaylı məlumatlar yayıb. Eyni zamanda, məsələ ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələri, sosial şəbəkələr və KİV-lərə müraciət olundu. Baş Prokurorluq, təhlükəsizlik xidmətləri tərəfindən bu istiqamətdə vətəndaşlara xəbərdarlıq edildi. Qəbul etməliyik ki, hərbi əməliyyatlara dair məlumatları yaymaq doğru deyil. Bu həm əsgərlərimizin həyatını təhlükə altına alar, həm də əlavə şaiyələrə, təxribatlara yol aça bilər. Odur ki, vətəndaş məsuliyyəti cəzalandırılmaq qorxusunu üstələməlidir”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...