“Hər cür təxribatın şahidi olacağıq, özü də artıq sərhəddə deyil\" - Ekspertdən xəbərdarlıq

“Hər cür təxribatın şahidi olacağıq, özü də artıq sərhəddə deyil\
"Heç kim deməsin ki, "30 il Qarabağsız yaşamışdın, indi hara tələsirsən? Məhz 30 ilin dərsi məcbur edir ki, bir də 30 il mina partlayışları ilə bu millət səksəkədə yaşamasın".

Sfera.az bildirir ki bunu, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib. O bildirib ki, biz sükuta qərq olduqca qareginlər, patriarxlar, yepiskoplar hər gün Qarabağ ermənisinə moizə oxuyub, ermənilik uğruna savaşa səsləyəcəklər:

"Hər cür təxribatın, özü də artıq sərhəddə deyil, Qarabağda şahidi olacağıq. Sarsıntı keçirən toplum katolikosun çağırışları ilə dirçəlməyə çalışacaq. Zaman bizim xeyrimizə işləməyə bilər".

Ekspert həmçinin qeyd edib ki, belə getsə, II Qareginin bu üç gündə basdırdığı minaların hansısa formada partlamasını çox gözləməyəcəyik.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR