Hədəflərin məhv edilməsində xüsusi şücaət göstərən Leytenant Əliyev - VİDEO
17:46 / 01.11.2020
2743
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun uğurları barədə növbəti videonu təqdim edib.
Sfera.az xəbər verir ki, nazirliyin bu dəfə yaydığı məlumat Leytenant Əliyev Nuhi nazim oğlu haqdadır.
Qeyd edilir ki, o, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə batareyanın baş zabiti olaraq, verilən döyüş tapşırıqlarını vaxtında qəbul edib, batareyalararası koordinasiyanı düzgün və yüksək səviyyədə təşkil edib, hədəflərin dəqiq atəşlə məhv edilməsində xüsusi şücaət göstərib.