Həddən artıq su içmək ölümə aparır! - DİQQƏT

Həddən artıq su içmək ölümə aparır! - DİQQƏT

Türkiyəli professor Mahmut Yavuz bildirib ki, həddən artıq və şüursuz şəkildə su içmək insanın orqanizmində tarazlığı poza bilir. Buna görə də, su bədən indeksi və sərf olunan kalori nisbətinə görə tələb olunan miqdarda içilməlidir.

Sfera.az medicina.az-a istinadən xəbər verir ki, həkim bildirib ki, insan orqanizminin 60%-i, yəni təqribən 70 kq-lıq bir şəxsin 42 kq-ı sudan ibarətdir. Belə ki, bədənimizdə fırlanan qan dövranı ilə yanaşı, hüceyrələrin içində və toxumaların arasında da su mövcuddur. Yəni su insan üçün həqiqətən həyat mənbəyidir.

Göz yaşından ağız quruluğuna,beyin funksiyalarından dəriyə qədər demək olar ki, bütün orqanizm və orqanlarımız üçün su əhəmiyyətli təsirə malikdir. Lakin miqdarını düzgün təyin etmədikdə həm də orqanizm üçün təhlukəlidir.

Həkimin sözlərinə görə, son zamanlar xüsusilə pəhriz saxlayanlar arasında çox su içmə dəb halını alıb. Lakin bunun ciddi fəsadlarla nəticələnəcəyi heç kimi narahat etmir.

Həddindən artıq su içdiyiniz zaman, ürək çatışmazlığı ilə qarşılaşa bilərsiniz. Bundan əlavə, artıq su bədəndəki duzun azalmasına səbəb olur. Bunun isə beyində ödem və hətta ölümlə nəticələndiyi tibdə uzun zamandır məlumdur.

Mahmut Yavuz, sağlam bir insan gün ərzində bir litr su içərsə, kifayətdir deyə bildirib. Lazım olan digər bir litri isə insan gün içərisində yediyi qidalar vasitəsilə təmin etmiş olur.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...