Həbsdəki oğluna \"Milla\" qabında narkotik aparan şəxs tutuldu

Həbsdəki oğluna \
Penitensiar müəssisələrə narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə və Bakı İstintaq təcrdixanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlqıdan məhrum edilib və hazırda 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Zahidov Seymur Teymur oğluna atası Bakı şəhər sakini Zahidov Teymur Kamil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki ədəd plastik qabda ("Milla" və "Ramaşka" xamasının qablarında) olan heyva və moruq mürəbbəsinin tərkibində ümumi çəkisi 0,52 qram olan narkotik vasitə "Metadon” aşkar edilib.

Eyni zamanda, Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrinə əsasən həbs edilmiş şəxs Qəhrəmanov Siyab Bəxtiyar oğlu Bakı İstintaq təcridxanasına qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman əynindəki şalvarın bel hissəsində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,875 qram narkotik vasitə "Tiryək” aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...