Hansı tələbələr təhsil haqqından azad olunacaq? - NAZİRLİK AÇIQLADI

Hansı tələbələr təhsil haqqından azad olunacaq? - NAZİRLİK AÇIQLADI
 

""Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum edilmiş uşaqların sosial müdafiəsi haqqında" qanuna görə, hər iki valideynini itirmiş, valideynlərindən biri vəfat edən, digər valideyni valideynlik hüququndan məhrum edilmiş və ya valideynlərindən biri vəfat edib, digər valideyni I və II qrup əlil şəxslər, habelə bu kateqoriyadan olan digər şəxslər dövlət, habelə özəl təhsil müəssisələrində təhsil alarkən təhsil haqlarından dövlət hesabına azad olunurlar”. 

Sfera.az APA-ya istinadla xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Bəhruz Müslümov bildirib. Sektor müdiri qeyd edib ki, həmin tələbələr dövlət təhsil müəssisələrinin bakalavr, magistratura və Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura səviyyəsində təhsil alarkən tam dövlət hesabına təhsil haqlarından azad olunurlar. Həmin şəxslər üçün qanunvericilikdə digər imtiyazlar da nəzərdə tutulub:

"Qanuna görə, həmin şəxslər əyani şəkildə təhsil aldıqda 23 yaşına qədər, qiyabi təhsil aldıqda isə 18 yaşına qədər təhsil haqlarından dövlət hesabına azad olunurlar. Həmin şəxslər təhsil alarkən qanunvericilikdə müəyyən edilmiş tələbə təqaüdünün iki misli qədər təqaüd alırlar, onlar həmçinin təhsil almaları üçün müvafiq dərs vəsaitləri ilə təmin edilirlər. Eyni zamanda həmin tələbələrin istehsalat təcrübəsinin haqqı dövlət hesabına ödənilir”.  

 

B.Müslümov bildirib ki, qanunvericilikdə qeyd olunan şəxslərlə yanaşı, "Şəhid adının əbədiləşdirilməsi haqqında" qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri bakalavr və magistratura səviyyəsində, habelə AMEA-nın magistratura səviyyəsində təhsil alarkən dövlət hesabına təhsil haqqından azad olunurlar: "Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü, Konstitusiya quruluşu və torpaqların müdafiəsi zamanı həlak olmuş və itkin düşmüş şəxslərin övladları da qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil haqqından azad olunurlar. Bundan əlavə, məcburi köçkünlər dövlət təhsil müəssisələrində təhsil alarkən Nazirlər Kabinetinin müəyyən etdiyi miqdarda təhsil haqqından azad edilirlər.  2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar da təhsil aldıqları müddətdə tam şəkildə təhsil haqqından azad olunurlar. Bu sahədə olan qanunvericilik aktlarının əsas mahiyyəti ondan ibarətdir ki, tələbələr mütəmadi olaraq təhsil alsınlar və maddi vəziyyətlərinin ağır olması səbəbindən təhsildən yayınmasınlar”. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...