Hansı ərzaq məhsulları bahalaşıb, hansı ucuzlaşıb? - STATİSTİKA

Hansı ərzaq məhsulları bahalaşıb, hansı ucuzlaşıb? - STATİSTİKA

İllik müqayisədə ərzaq məhsullarının qiymətində müşahidə edilən artım 2020-ci ilin yanvar-may dövründə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-may dövründə ərzaq məhsulları 5,5 faiz bahalaşıb ki, bu da əvvəli aylarla müqayisədə yüksək bahalaşma göstəricisidir. Bu ilin yanvarında illik müqayisədə ərzaq məhsulları 4,6 faiz, yanvar-fevralda 4,9 faiz, yanvar-martda 5,2 faiz, yanvar-apreldə 5,4 faiz bahalaşmışdı. Statistik rəqəmlər göstərir ki, 2020-ci ildə ərzaq mallarında bahalaşma sürəti səngimir.


Sfera.az xatırladır ki, mayda mövsümi amillərin təsiri ilə ərzaq malları aylıq müqayisədə ucuzlaşıb. 2020-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,3 faiz aşağı düşüb. Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, yumurtanın, kərə və zeytun yağlarının, alçanın, çiyələyin, qozun, kələmin, xiyarın, pomidorun, göyərtinin, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, təzə göbələyin, quru noxudun, bahalaşma isə əsasən yumru düyünün, qarabaşaq və manna yarmasının, mal ətinin, qatılaşdırılmış şəkərli südün, süfrə marqarininin, limonun, bananın, almanın, armudun, mərcinin, təbii balın, müxtəlif içli şokoladlı konfetlərin, çayın, qəhvənin, arağın, pivənin qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.


Mövsümi amillər aylıq müqayisədə ərzaq mallarını ucuzlaşdırmasına baxmayaraq ümumi qiymət səviyyəsi yüksəkdir. Başqa sözlə, aylıq müqayisədə ərzaq ucuzlaşsa da, illik müqayisədə bahalaşma sürəti artır. Buna görə də bu il illik inflyasiya səviyyəsinə ərzaq məhsullarının qiymətindəki dəyişiklik daha güclü təsir göstərir. Əgər qeyri-ərzaq qiymətlərinin artım sürəti sabit qalıb, pullu xidmətlərin dəyərində artım sürəti isə azalmasaydı, yanvar-may ayları ərzində illik inflyasiya daha yüksək olacaqdı. Yanvar-may dövründə inflyasiya səviyyəsi ötən ilin eyni dövrünə nisbətən 2,9 faiz olub. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 5,5%, qeyri-ərzaq malları üzrə 1,2%, xidmətlər üzrə 1% təşkil edib. Göründüyü kimi ərzaq məhsulları ümumi qiymət artımına daha çox təsir göstərib. Əgər qeyri-ərzaq malları və pullu xidmətlər 2-3 faiz intervalında bahalaşsaydı, o halda ümumi inflyasiya 4 faizi ötəcəkdi.


Yazın sonlarına doğru və yay aylarında kənd təsərrüfatı mallarının ucuzlaşması səbəbindən ümumən ərzaq qiymətlərindəki artım zəifləyəcək. Aylıq müqayisədə ərzaq qiymətlərindəki enmə dinamikası iyun, iyul və avqust aylarında da davam edə bilər. Bu dinamika ümumi qiymət artımlarını zəiflətmə ehtimalı var. Məlumdur ki, yazın sonlarında və yay mövsümündə ölkəmizdə kənd təsərrüfatı məhsullarının bolluğu yaranır. Yəni, iqtisadi dillə ifadə etsən təklif artır və bu, qiymətlərin enməsinə səbəb olur. Buna görə də bir neçə ay inflyasıyanı defilyasiya əvəzləyir. Nəticədə aylıq qiymət artımları zəifləyir.

Amma aylıq qiymət artımlarının zəifləməsi illik bahalaşmanı zəiflətməyə də bilər. Aylıq qiymət dəyişikliklərinin illik qiymət dəyişikliklərinə təsir etməsi üçün ucuzlaşma əvvəlki ilə nisbətən böyük olmalıdır. Yanvar-may ayının illik müqayisəsi göstərir ki, maydakı ucuzlaşma böyük deyil.

 

Qeyd edək ki, mövsümi amillərlə bağlı olaraq qiymətlərin artımının zəifləməsi əhalinin alıcılıq qabiliyyətini artırır. Yanvar-may dövründə əhalinin real gəlirlərində azalma müşahidə edilib. Xüsusən apreldə real gəlirlər xeyli azalıb. Bu baxımdan inflyasiyanın aşağı düşməsi önəmlidir. Əgər əhalinin gəlirlərində ciddi artım olmasa, o halda inflyasiya səviyyəsinin növbəti aylarda aşağı düşməsi ehtimalı böyükdür.

 

İnflyasiyanın 2-3 faiz səviyyəsində olması yaxşı əlamətdir. Ərzaq məhsulları üzrə 5,5 faizlik faiz inflyasiya isə çox yüksəkdir və belə yüksək qiymət artımı əhalinin xərc strukturuna mənfi təsir göstərir. Mart ayına qədər əhalinin pərakəndə ticarət xərclərində ərzaq mallarının payı 50 faiz idi. Amma mart-apreldə ərzaq mallarına çəkilən xərc 52 faizə yüksəlib. Bunun əsas səbəblərindən biri ərzaq mallarının bahalaşmasıdır. Yaxşı olardı ki, əhali ərzağa qeyri-ərzaq və pullu xidmətlərdən daha az pul xərcləsin.

 

 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...