Haluk Bayraktar Araz Musayevlə Hərbi Qənimətlər Parkında - FOTO

Haluk Bayraktar Araz Musayevlə Hərbi Qənimətlər Parkında - FOTO
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədi.

Sfera.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində yer alan "Baykar Savunma" şirkətinin baş meneceri Haluk Bayraktar azərbaycanlı dostu, 9 qat dünya, 3 qat Avropa çempionu, "Muay-Tay" və "Tayboksinq" federasiyalarının vitse-prezidenti, Əməkdar və Beynəlxalq dərəcəli idman ustası Araz Musayevlə görüşüb.

Onlar türk iş adamı Məhəmməd Şahinlə bərabər Hərbi Qənimətlər Parkında olublar. 44 günlük Vətən müharibəsində darmadağın edilən Ermənistan ordusundan ələ keçirilən hərbi qənimətlərə baxıblar və Azərbaycan xalqının qəhrəmanlığından danışıblar.

Bildirək ki, Prezident İlham Əliyev Qarabağ zəfərinin qazanılmasında müstəsna rol oynadığına görə Haluk Bayraktarı "Qarabağ" ordeni ilə təltif edib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...