Hafiz Hacıyev polisdən qaçdı, sürücülük hüququ məhdudlaşdırıldı - FOTOLAR

Hafiz Hacıyev polisdən qaçdı, sürücülük hüququ məhdudlaşdırıldı - FOTOLAR
 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib.

 

Sfera.az-ın  Avtosfer.az-a istinadən məlumatına görə, buna səbəb partiya sədrinin çoxsaylı ödənməmiş cərimələrinin olmasıdır. Eyni zamanda o, çoxsaylı qayda pozuntusuna yol verdiyi üçün cərimə ballarının sayı da sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olub. 

Bu gün əməkdaşımız Hafiz Hacıyevin Azadlıq prospektində qayda pozuntusunun şahidi olub. Belə ki, yol polisi əməkdaşları ona "saxla" işarəsi versə də Hafiz Hacıyev tabesizlik göstərərək ərazidən uzaqlaşıb və maşını ofisinin qarşısında saxlayaraq gedib. Polis əməkdaşları ərazidə onun axtarışına başlasalar da tapa bilməyiblər. 

Lakin partiya sədrinin sürücülük hüququ iyul ayının 27-də məhdudlaşdırılmasına baxmayaraq, o, hələ də avtomobil idarə edir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...