Hafiz Hacıyev canlı yayımda ayaqqabısını çıxardı - \"On yerdən yamağı var\"
14:20 / 12.03.2019
2694
Müasir Müsavat Partiyasının sədri "Yeni Müsavat" qəzetinin "Facebook" səhifəsindəki canlı yayımda ayaqqabısını çıxardıb.
Partiya sədri maddi durumundan şikayətlənib:
"Mən acından ölənin biriyəm, ayaqqabımın on yerdən yamağı var. Pinəçi deyir ki, sənin ayaqqabın o qədər köhnəlib ki, yamaq götürmür. Kostyumumun qiyməti 13 manatdır".
H.Hacıyevin ayaqqabısını göstərəndən sonra bir neçə tamaşaçı ona ayaqqabı almaq təklifi edib. H.Hacıyev qarşılığında "Partiyamız Azadlıq prospektində yerləşir. Buyursunlar, ora gətirsinlər" - deyə bildirib.