Bakıda daha bir evin bünövrəsi çökür - VİDEO - FOTO
"Rayon İcra Hakimiyyətindən dedilər ki, "bura adi bir qığılcım, siqaret kötüyü düşərsə, böyük partlayış ola bilər və eviniz çökər". Sfera.az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya Xətai rayon Köhnə Günəşli qəsəbəsi Zeytun küçəsi 118 B ünvanında yaşayan Elmar Hümbətov müraciət edib. Vətəndaşın sözlərinə görə, adıçəkilən ərazinin 134 ünvanında baş vermiş çökmə iki evə ziyan vurub: "Hələ cari il yanvarın sonlarında evdən səs gəlməyə başladı. Anlamırdıq ki, nədir. Zamanla ətrafı qoxu bürüdü.