Lerikdə ağır qəza
Bu gün, saat 08:40-da Lənkəran-Lerik avtomobil yolunun 53-cü kilometrində Lerik rayonu, Kələxan kənd sakini Pərvaz Məmmədovun idarə etdiyi "Mercedes Vito" mikroavtobusu yoldan çıxaraq dərəyə aşıb. Sfera.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, qəza nəticəsində P.Məmmədovun həmkəndliləri olan 6 nəfər sərnişinindən ikisi xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Sürücünün sükan arxasında yuxuladığı ehtimal olunan