Kompot, mürəbbə oğurlayıb sonra evi yandırdılar
Şəki rayonunda fərdi yaşayış evi yanğın nəticəsində tamamilə yararsız hala düşüb. Sfera.az xəbər verir ki, hadisə yanvarın 5-nə keçən gecə saat 02:00 radələrində rayonun Baş Göynük kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Fazil Əhmədova məxsus ümumi sahəsi 190 kvadratmetr olan, 4 otaqdan ibarət evdə baş verən yanğın zamanı tikilinin yanar hissələri və evdəki əşyalar tamamilə yanıb. Ev sahibinin sözlərinə görə, yanğın təsadüfi olmayıb. O iddia edir ki, naməlum şəxslər əvvəlcə evə