Ucarda iki nəfər dəm qazından zəhərləndi
Ucarda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. Sfera.az xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Belə ki, rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabildir. (Mənbə:APA)