Logo

Bakı-Qazax yolunda ağır qəza - Ölən və yaralanan var

Bakı-Qazax yolunda ağır qəza - Ölən və yaralanan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxlslərin adları məlum olub.

Sfera.az report-a istinadla xəbər verir ki, hadisə zamanı sürücü Sumqayıt şəhər sakini, Aslan Qəhrəmanov aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qəza zamanı avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1982 ci il təvəllüdlü Xəyalə Ziyad qızı Rəhimova deformasiyaya uğrayan avtomobildə sıxılaraq ağır bədən xəsarətləri alıb. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadın sərnişinin vəziyyətinin ağır olduğu bildirilir.

**************************

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hələlik adı məlum olmayan sürücü "KİA" markalı avtomaşınla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomaşın yoldan çıxaraq yolun kənarındakı beton lovhəyə çırpılıb. Zərbənin təsirindən sürücü hadisə yerində keçinib. Avtomobildə sıxılıb qalmış ağır xəsarət alan sərnişin isə xilasedicilərin köməyilə avtomobildən çıxarılıb. Müxtəlif növ  bədən xəsarəti alan sərnişin isə "təcili yardım" avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Bakı-Qazax yolunda ağır qəza - Ölən və yaralanan varBakı-Qazax yolunda ağır qəza - Ölən və yaralanan var

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR