Metroya “zırpaket” atanlar tutuldu

Metroya “zırpaket” atanlar tutuldu
Bakı metrosunda qatar relslərinə pirotexniki vasitələr atan şəxslər saxlanılıb.

Bu barədə Sfera.az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının peşəkarlığı, sayıqlığı və operativliyi sayəsində metropolitendə bu kimi hallara yol verən və istifadə qaydalarını pozmağa cəhd edən sərnişinlərə qarşı müvafiq tədbirlər görülür:

"Bunun nəticəsi olaraq, stansiya və keçidlərdə pirotexniki vasitələrdən istifadə etmiş 3 sərnişin saxlanılıb. Bunlar 1998-ci il təvəllüdlü Yardımlı rayon sakini Vüqar Hüseynli, 1996-cı il təvəllüdlü Sumqayıt sakini Şahin Abbasov, 1998-ci il təvəllüdlü Zəngilan rayon sakini Rövşən Məmmədovdur. İstifadə qaydalarını pozmuş şəxslərlə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

Bir daha sərnişinləri metropolitendən istifadə qaydalarına riayət etməyə çağırır və bildiririk ki, "Bakı Metropoliten" QSC və Bakı Metropolitenində Polis Şöbəsi sıx əməkdaşlıq şəraitində sərnişinlərin metropolitendən təhlükəsiz və rahat istifadə etməsi üçün bütün tədbirləri görüb".

OXŞAR XƏBƏRLƏR

Rusiya Ukrayna sərhəddində 1 000-dən çox meyit qalıb

Rusiyanın Ukraynanın həftəsonuna planlaşdırılan əsir mübadiləsini təxirə salması və cəsədlərin vətənə qaytarılması ilə bağlı iddiaları doğru deyil.   ...

Almaniyada maşın izdihamın üzərinə sürüldü - Xəsarət alanlar var

Almaniyanın şərqindəki Passau şəhərində (Bavariya federal əyaləti) naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb.   Sfera.az xəbər verir ki, bu bar...

Çinlə ABŞ ticarət danışıqları keçirəcək - Görüş yeri açıqlandı

Çin Xalq Respublikasının Baş nazirinin müavini He Lifen Böyük Britaniyada səfərdə olacaq.   Sfera.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazir...

Azərbaycan millisi Gürcüstanı məğlub etdi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununu keçirib.   Sfera.az xəbər verir ki, yığma komanda İsveç...

Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....

İtaliya A Seriyasının yeni təqvimi - Bu tarixdən başlayacaq

İtaliya A Seriyasının qarşıdan gələn mövsümünün təqvimi açıqlanıb.   Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, təqvim İtaliya çempionatının rəsmi s...