Logo

Bakıda iki nəfər bu maşında güllələndi (FOTO)

Bakıda iki nəfər bu maşında güllələndi (FOTO)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət nişanlı "VAZ 2121” ("Niva”) markalı avtomobilində tapança ilə güllələnib.

Ona ümumilikdə üç güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Niva” markalı avtomobildə daha bir nəfər - sərnişin İlkin Babayev də güllələnib.

Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Fakt araşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR