Kamran Ağayev qəzaya düşdü - Fotolar
Kateqoriya məlum deyil
Futbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev avtomobil qəzasına düşüb.

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər futbolçunun İnstaqram hesabında paylaşılıb.
Hazırda klubsuz olan futbolçunun hansı şəraitdə qəzaya düşdüyü barədə məlumat verilməyib. Futbolçunun maşını tamamilə yararsız hala düşüb.








