Logo

“EuroHome”da baş verən yanğın tam məhdudlaşdırılıb - VİDEO

“EuroHome”da baş verən yanğın tam məhdudlaşdırılıb - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"EuroHome” tikinti materialları bazarında baş verən yanğın tam məhdudlaşdırılıb. Bir təyyarə və 3 helikopter vasitəsilə 150 tona yaxın su yanğın olan əraziyə tökülüb".

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

O bildirib ki, 2 saat yarıma qədər davam edən yanğının söndürülməsində öncə su problemi olub: "Mənə verilən məlumata görə, yanğın yerinə FHN-in 40-dan çox texnikası, 250-dən çox canlı qüvvəsi səfərbər olunub. İlkin məlumata görə, yanğının ərazisi 21 min kvadrat metrdir. Yanğın səbəbləri hazırda araşdırılır. Daha ətraflı məlumatlar veriləcək".

(report)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR