Logo

Abşeron və Ağstafada yanğın baş verib

Abşeron və Ağstafada yanğın baş verib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağstafa və Abşeron rayonlarında yanğın hadisələri baş verib.

Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Ağstafa rayonu, Qaçaq Kərəm kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan taxtadan ibarət yardımçı tikilinin dam örtüyü 4 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR