Logo

Bakıda təmir sexində minik avtomobili yanıb

Bakıda təmir sexində minik avtomobili yanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda "Mercedes" markalı minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a  verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 6000 m² (hər mərtəbəsi 2000 m²) olan üçmərtəbəli avtomobil salonunun birinci mərtəbəsində, təmir sexində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı tüstüdən zəhərlənən 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Təmir sexində olan 30 ədəd avtomobil və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR