Logo

Məşhur türkiyəli boksçu polisin başında şüşə sındırdı

Məşhur türkiyəli boksçu polisin başında şüşə sındırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli boksçu Adəm Kılıççı dostları ilə getdiyi gecə klubunda polis əməkdaşını döyüb. Xəsarət alan hüquq-mühafizə orqanının əməkdaşı onu döyən boksçu və dostları barədə üç illik həbs cəzası istəyir.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, başında içki şüşəsi sındırılan polis ondan şikayət edib.
 
Təhlükəsizlik Bürosunda işləyən Murad adlı polis sevgilisi ilə birgə boksçunun istirahət etdiyi klubda əylənərkən sevincli dəqiqələrini telefonuna çəkib. Digər masalarda əyləşən şəxslər buna etiraz etməyə başlayıblar.

Türkiyəli boksçu Adəm Kılıççı isə etirazını yumuruqlarını işə salmaqla bildirib. Hadisəyə əyləncə klubunun mühafizə xidmətinin işçiləri müdaxilə ediblər.

Polis təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR