Logo

Gəncədə 7 yaşlı qız məktəbdə öldü - YENİLƏNİB

Gəncədə 7 yaşlı qız məktəbdə öldü - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Məktəb direktoru 1-ci sinif şagirdinin ölümünə münasibət bildirib.
Sfera.az xəbər verir ki,  M.Ş. Vazeh adına 16 saylı tam orta məktəbin direktoru Elnurə Yusifova APA-ya bildirib ki, dünyasını dəyişən şagird epilepsiya xəstəsi olub. Bu gün səhər saatlarında şagirdin halı qəfildən pisləşib. Məktəbə təcilli tibbi yardım çağırılıb. X.Hətəmli xəstəxanaya aparılarkən yolda ölüb.

Gəncə şəhərində orta məktəbdə ölüm hadisəsi olub.

Sfera.az  "Report"a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər 16 nömrəli orta məktəbdə qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan, məktəbin şagirdi, 7 yaşlı qız sinif otağında anidən huşunu itirib və yerə yıxılıb. Onun ölüm səbəbi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin  Gəncə şəhər Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR