Qarlı yollar qan çanağına döndü

Qarlı yollar qan çanağına döndü

Ötən gün qarlı və buzlu yollarda avtomobillərin sürüşməsi nəticəsində baş verən qəzalar zamanaı 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Bu barədə Milli.Az-a açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Şöbə rəisinin sözlərinə görə, onlardan Daşkəsən rayonunda "Niva" markalı avtomobilin körpüdən aşması nəticəsində 2 nəfər vəzifəli şəxs ölüb. Digər hadisə isə Abşeron rayonunda Bakı-Quba yolunun 15-ci km-də, Abşeron Gənclər Şəhərciyinin yaxınlığında baş verib. Burada "Lexus" markalı avtomobilin maneəni vurması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Ümumilikdə yanvarın 26-da respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb. Onlardan 4-cü ölüm faktı piyadanın vurulması ilə bağlı olub. Hadisə yenə də Abşeron rayonunda, Bakı-Şamaxı yolunun 16,5-ci km-də baş verib.

Yol polisi sözçüsü bir daha sürücü və piyadaları yollarda maksimum diqqətli olmağa çağırıb, onlara hava və yol şəraitini nəzərə alaraq və maksimum aşağı sürətlə hərəkət etmələrini tövsiyə edib.


OXŞAR XƏBƏRLƏR