Logo

Bakıda iki gənc qız itkin düşdü

Bakıda iki gənc qız itkin düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda iki gənc qız itkin düşüb.

Sfera.az-ın xəbərinə görə, hadisə noyabrın 4-də paytaxtın Yasamal və Xətai rayon ərazilərində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Aytac Qəhramanova Yasamal rayonunun A.Şərifzadə küçəsi, ev 42 ünvanından çıxıb və bir daha geri qayıtmayıb.

Bundan başqa, 2003-cü il təvəllüdlü Xavər Adışova Xətai rayonunun S.Əhmədov küçəsi, ev 6 ünvanından çıxıb və bir daha geri qayıtmayıb.

Hər iki gəncin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsi (PB) və Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır./Report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR