Logo

Bakıda avtoqəzada xəsarət alan qadın xəstəxanada ölüb

Bakıda avtoqəzada xəsarət alan qadın xəstəxanada ölüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda avtomobillə vurulan qadın ölüb.

Sfera.az-ın APA-ya istinadən  məlumatına görə, oktyabrın 25-də Yasamal rayonu Şərifzadə küçəsində 1996-cı il təvəllüdlü Yunis Mədətovun idarə etdiyi "Lada Qranta” markalı,  99-XB-914 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən piyada 1955-ci il təvəllüdlü Münəvvər Cəfərovanı vurub.

M. Cəfərova aldığı xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR