Logo

Həftəsonu yol qəzalarında 3 nəfər ölüb

Həftəsonu yol qəzalarında 3 nəfər ölüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyi (DİN) oktyabr ayının 12-dən 14-dək daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN Mətbuat xidmətindən Sfera.az-a  verilən məlumata görə, 2 gün ərzində törədilən 41 cinayətin üstü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR