Göyçayda evdən 4900 dollar oğurlayan şəxs saxlanılıb

Göyçayda evdən 4900 dollar oğurlayan şəxs saxlanılıb
 

Oktyabrın 8-də Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini yaşadığı evdən naməlum şəxs və ya şəxslər tərəfindən 4900 ABŞ dollarının oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a  verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində həmin pulu oğurlayan şəxsin rayonun Çaxırlı kənd sakini Elməddin Vahidov olduğu müəyyən edilib və şübhəli şəxs qismində saxlanılıb. İlkin ifadəsində o, törətmiş olduğu cinayət əməlini etiraf edib və oğurladığı pulları öz əyləncəsi üçün xərclədiyini bildirib.

Faktla bağlı E.Vahidov barəsində RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

“Qarabağ” gəlirlərini açıqladı- 34 milyon

“Qarabağ” Futbol Klubunun 2024-cü il üçün ümumi gəlirləri bəlli olub.   Sfera.az xəbər verir ki, klubun maliyyə hesabatında qeyd olunub k...

"Moskva və Kiyev arasında danışıqları dəstəkləyirik" - Çin XİN

Çin Ukraynada sülhə nail olmaq üçün bütün təşəbbüsləri, xüsusən də Moskva və Kiyev arasında danışıqlar təklifini dəstəkləyib.   Sfera.az “Globa...

Keçmiş əsgərlərdən etiraf: “Silahsız insanları yuxuda öldürürdülər”

Britaniya Xüsusi Qüvvələrinin sabiq üzvləri, Əfqanıstan və İraqda törədilən müharibə cinayətləri ilə bağlı şok açıqlamalar veriblər.    Sfera.az...

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...