Logo

Bakıda avtomobil piyadanı vurub - FOTO

Bakıda avtomobil piyadanı vurub - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Xocahəsən qəsəbəsində qeydə alınıb.
 
"Mercedes" markalı avtomobil yolu keçmək istəyən piyada 27 yaşlı Cavid Qasımzadəni vurub. Sürücü özü yaralı piyadanı xəstəxanaya çatdırıb.
 
Müayinə zamanı həkimlər Cavid Qasımzadə də çoxsaylı sınıq xəsarətlərinin olduğunu bildiriblər. Hadisə barədə polisə məlumat verilib. Sürücünün ifadəsi alınıb.
 
Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində araşdırmalara başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR