Logo

Tovuzda 12 yaşlı məktəbli transformatorda yandı

Tovuzda 12 yaşlı məktəbli transformatorda yandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tovuz rayonunda azyaşlı transformatorda yanıb.

Sfera.az  xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində baş verib.

Kənd sakini - 2007-ci il təvəllüdlü Əhmədov Kamil Telman oğlu oxuduğu Bozalqanlı kənd orta məktəbinin yaxınlığındakı transformatorun yerləşdiyi daş tikiliyə daxil olub və orada onu elektrik cərəyanı vurub.

Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra o, Bakı şəhərindəki tibb müəssisələrindən birinə gətirilib. Məlum olub ki, K.Əhmədovun bədəninin 50 faizdən artığı yanıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb. (trend)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR