Logo

Astarada bağlamada 5 kq tiryək aşkarlanıb

Astarada bağlamada 5 kq tiryək aşkarlanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı müha­fizəsi və narkotik vasitələrin ölkə ərazisinə qeyri-qanuni gətirilməsinə qarşı müba­ri­zə sahəsində tədbirlər davam etdirilir.

DSX-dan APA-ya verilən məlumata görə, sentyabrın 21-də, saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Deqadi kəndi yaxınlığında Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə gizlədilmiş 1 ədəd bağlama aşkar olunaraq götürülüb. Baxış zamanı bağlamada ümumi çəkisi 5 kq 95 qram olan "tiryək” narkotik vasitəsinin olması müəyyən edilib.

Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Astarada bağlamada 5 kq tiryək aşkarlanıb
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR