Logo

Yevlaxda iki avtomobil toqquşub, 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Yevlaxda iki avtomobil toqquşub, 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Sfera.az xəbər verir ki, APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Xanabad kəndi ərazisində qeydə alınıb. "VAZ-2106” markalı maşın "Pikap” tipli avtomobillə toqquşub. Qəza nəticəsində Şəki rayon sakini, 1966-cı il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb. Şəki rayon sakinləri - 1986-cı il təvəllüdlü Məmmədkərimov Əli Mövsüm oğlu, 1991-ci il təvəllüdlü Məmmədkərimov Mahal Mövsüm oğlu, 1988-ci il təvəllüdlü Pirməmmədov Turan Namiq oğlu və 1991-ci il təvəllüdlü Orxan Allahverdiyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR