Goranboyda “X5” aşdı: bir ölü, bir yaralı
Kateqoriya məlum deyil
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az oxu.az-a istinadla bildirir ki, hadisə rayonun Balakürd kəndi ərazisində qeydə alınıb.
İdarəetmədən çıxan "BMW X5” markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.






