Logo

Polyak turist Şəkidə qəzaya uğrayıb

Polyak turist Şəkidə qəzaya uğrayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəki rayonunda yol qəzası baş verib.

Sfera.az bildirir ki,  hadisə günorta saatlarında Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Qoxmuq kənd sakini Musa Daşdəmirovun idarə etdiyi "Moskviç" markalı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü, Polşa vətəndaşı, 1989-cu il təvəllüdlü Daniel Niçinski Mateus müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR