Logo

Gömrükdə külli miqdarda dərman ələ keçirildi - Fotolar+Video

Gömrükdə külli miqdarda dərman ələ keçirildi - Fotolar+Video
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının gömrük nəzarətindən gizlətməklə keçirilməsi cəhdinin qarşısını alıblar.

Sfera.az "Yeni Sabah"-a istinadən xəbər verir ki, idarənin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları tərəfindən "İpək Yolu” gömrük postunda Türkiyə Respublikasından gələn yük avtomobilinin qoşqusunda mallar yoxlanılan zaman qurğunun monitorunda şübhəli cizgilər müşahidə edilib.

Daha sonra yüklər açılıb və nəticədə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, elektrik lampalarının qutularının içərisində gömrük nəzarətindən gizlədilmiş 759 qutu müxtəlif markalı dərman preparatları aşkar edilib.

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dərman preparatlarını qanunsuz yolla gətirən şəxslər ifşa edilərək təhqiqata cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Gömrükdə külli miqdarda dərman ələ keçirildi - Fotolar+VideoGömrükdə külli miqdarda dərman ələ keçirildi - Fotolar+VideoGömrükdə külli miqdarda dərman ələ keçirildi - Fotolar+VideoGömrükdə külli miqdarda dərman ələ keçirildi - Fotolar+Video

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR