27 yaşlı gənc 3 nəfərlə birləşib bacısının baldızını oğurladı – Azərbaycanda dəhşətli hadisə

27 yaşlı gənc 3 nəfərlə birləşib bacısının baldızını oğurladı – Azərbaycanda dəhşətli hadisə
 

Mingəçevirdə 32 yaşlı qızı oğurlayıblar.

Sfera.az unikal.org-a istinadən verdiyi məlumata görə, 13.09.2019-cu il tarixində Əhmədov Akif Şahmar oğlu DİN-in 102 xidmətinə zəng edərək bildirib ki, qızı Lalə Əhmədovanı gəlinlərinin qardaşı, onun qohumları və tanışları qaçırıb. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, qeyd olunan tarixdə saat 10 radələrində 1987-ci il təvəllüdlü L.Əhmədovanı Tərəvəzçilik Savkozunda yerləşən evlərindən gəlinləri Çinarə Əhmədovanın qardaşı 1992-ci il təvəllüdlü Hüseynov İlkin Ədalət oğlu, onun xalası oğlu 1982-ci il təvəllüdlü Əliyev Xəlil İbrahim oğlu, habelə Emin və Ramal adlı şəxslər zor tətbiq edərək oğurlayıb. Sonra onu Mingəçevir şəhərində yerləşən "Su anbarı”nın yanına apararaq, orada Xəlil Əliyeva məxsus "Toyoto Prado” markalı avtomobildə saxlayıblar. Bir gün sonra polis əməkdaşları onlarla əlaqə yaradaraq, Lalə Əhmədovanı təhvil verməli olduqları dedikdən sonra onu polis şöbəsinə təhvil veriblər.

Hadisə ilə bağlı Mingəçevir ŞPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; ) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Cinayət işi üzrə Lalə Əhmədova zərərçəkmiş şəxs kimi tanınaraq dindirilib, məhkəmə tibbi ekspertizası təyin edilib.


OXŞAR XƏBƏRLƏR

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...