Logo

Dağıstanda yerli futbolçular osetin həmkarlarını döydü – VİDEO

Dağıstanda yerli futbolçular osetin həmkarlarını döydü – VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dağıstanın paytaxtı Mahaçqala şəhərində futbol matçı zamanı kütləvi dava baş verib.

Sfera.az "Region Online”-a istinadən  xəbər verir ki, davada təxminən 40 nəfər iştirak edib.

Hadisəyə məşqçilər və polis işçiləri müdaxilə etməli olublar.

Polislər davada iştirak edən 6 nəfəri saxlayıblar.

Yerli mətbuat bildirir ki, davanı məşhur dağıstanlı futbolçu Arsen Akayevin oğlu başlayıb: o, birinci olaraq osetin futbolçuya zərbə endirib.

Davada komandalardan birinin qapıçısı xəsarət alıb: onun burnu sındırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR