Logo

Sürücüsüz ZİL “Jiquli”yə çırpıldı

Sürücüsüz ZİL “Jiquli”yə çırpıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daşkəsən rayonunda bədbəxt hadisə baş verib.

Sfera.az oxu.az-a istinadla bildirir ki,  hadisə rayonun mərkəzi bazarında qeydə alınıb.

Belə ki, içərisində sürücüsü olmayan ZİL markalı yük maşını anidən arxaya hərəkət edərək "VAZ 21011” markalı avtomobilə çırpılıb.

Nəticədə, "Jiquli”nin sürücüsü 1971-ci il təvəllüdlü Nizaməddin Hüseynov ağır kəllə-beyin travması alıb. O, koma vəziyyətində Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR