Logo

AzTV-nin əməkdaşları qəzaya düşdü - Yaralılar var (Adlar)

AzTV-nin əməkdaşları qəzaya düşdü - Yaralılar var (Adlar)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Paytaxtın Səbail rayonunda 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası qeydə alınıb.

Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə Milli Məclisin binası qarşısında baş verib.

Qəza zamanı AzTV-nin 3 əməkdaşı - 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahin oğlu, 1997-ci il təvəllüdlü Əzizova Aytac Akif qızı və 1992-ci il təvəllüdlü Talıbova Səbinə Fərhad qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya aparılıb. S.Cəfərzadəyə kəllə-beyin travması və təpə nahiyəsində əzilmiş-cırılmış yara, A.Əzizovaya və S.Talıbovaya döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Məsələ ilə bağlı "Report"a açıqlama verən AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov hadisəni təsdiqləyib.

Onun sözlərinə görə, AztTV-nin əməkdaşlarının vəziyyəti müntəzəm olaraq nəzarətdə saxlanılır

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR