Ağstafada avtomobillər toqquşub, ölən var
Kateqoriya məlum deyil
Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində sərnişin, 1989-cu il təvəllüdlü Elvin Rasim oğlu Heydərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.






