Logo

Bakıda banka basqın etdilər - YENİLƏNİB - FOTO

Bakıda banka basqın etdilər - YENİLƏNİB - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"DəmirBank"a basqın edən şəxsin kimliyi məlum olub.
 
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində

ötən gecə "DəmirBank"ın rayonun Şövkət Məmmədova küçəsi 10 ünvanında yerləşən filialına

basqın edərkən tutulan şəxsin 1967-ci il təvəllüdlü Elxan Hüseyn oğlu Məsumov olması müəyyən edilib.

 
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

-----------

07:19

Bakının Binəqədi rayonunda banka basqın edilib.
Sfera.az APA-ya istinadən bildirir ki, naməlum şəxs rayonun Şövkət Məmmədova küçəsi 10

ünvanında yerləşən "DəmirBank"dan  oğurluq etmək istəyib. Bankın arxa tərəfində olan tikilinin

üstünə çıxan oğru bankın pəncərəsini sındırıb. O, içəri daxil olanda mühafizə xidmətinin siqnalizasiyası

işə düşüb.

 
Oğru bankın birinci mərtəbəsinə düşəndə hadisə yerinə mühafizə polislərinin gəldiyi görüb, qaçmağa

başlayıb. Lakin uzağa qaça bilməyib. Polis əməkdaşları onu yaxalayıb. Hadisə yerinə baxış zamanı

oradan dəmir ling aşkarlanıb.

 
Saxlanılan şəxs Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə aparılıb.
 
Faktla əlaqədar başlanan araşdırmalar davam edir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR