"Skuter olmasaydı, uşaqların atası da boğulacaqdı" - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nardaran çimərliyində 4 uşaq boğularaq ölüb.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar qayalıq ərazidə çimiblər.

Bu barədə məlumatı hadisənin şahidi olan Tamilla adlı qadın sosial şəbəkədə yayıb.

Onun sözlərinə görə, ailə hər kəsdən uzaqlaşaraq qayalıq ərazidə suya daxil olub. Qəfil su axını ata və uşaqları 100 metr içəri doğru aparıb. Orada "üzmək qadağandır" işarəsi və xilasetmə qayığı olmayıb.

Hadisə şahidi bildirib ki, uşaqların cəsədini sudan çıxarmağa kiçik limanın iki işçisi kömək edib.

"Uşağın atasını bizim dostlardan biri skuter vasitəsiylə xilas etdi. Skuter olmasaydı, uşaqların atası da boğulacaqdı. Qızla oğlanı həyata qaytarmaq üçün çox səy göstərilsə də, bu, mümkün olmadı. Sonda təcili tibii yardım göründü", - deyə Tamilla xanım qeyd edib.

Qeyd edək ki, FHN-dən verilən məlumata görə, uşaqların boğulduğu yer nəzarətsiz ərazi olub. Onlar Nardaran Sulardan Xilasetmə məntəqəsindən 3 km aralıda çimərkən batıblar.


 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...