Şabranda iki uşaq atası özünü tövlədə asdı
Kateqoriya məlum deyil
Şabranda intihar hadisəsi baş verib.
Sfera.az "Oxu.Az"a istinadən xəbər verir ki, hadisə rayonun Padar kəndində qeydə alınıb.
Kənd sakini, 31 yaşlı Səbuhi İsmixanov bir ay öncə mal-qarası üçün tikdiyi tövlədə özünü asıb.
S.İsmixanov ailələidir, iki övladı var.
Faktla bağlı araşdırma aparılır.






