Logo

"Azərsun"un avtomobili qəzaya uğradı - VİDEO

"Azərsun"un avtomobili qəzaya uğradı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda iki yük avtomobili toqquşub.

Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinə məxsus "ZİL-130" markalı yük avtomobili "Azərsun Holdinq"ə məxsus "İSUZU" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə, hər iki avtomobilə ziyan dəyib. Zərbənin gücündən idarəetmədən çıxan "ZİL" markalı yük avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılıb və dirəyi aşırıb. Elektrik dirəyinin yolun hərəkət hissəsinə aşması nəticəsində prospektə nəqliyyət hərəkətində məhdudiyyətlər yaranıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR