Rusiyada dəhşətli qəza - 7 ölü, 3 yaralı
Kateqoriya məlum deyil
Rusiyanın Ryazan vilayətində yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo” "TASS”a istinadən xəbər verir ki, mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər həyatını itirib, 3 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Qəzanın "Mercedes Vito” miktoravtobusu ilə "Toyota Land Cruiser” minik avtomobili arasında baş verdiyi qeyd edilir.
Hadisə nəticələrinin aradan qaldırılması üçün əraziyə yanğınsöndürən maşın göndərilib.






