Mikroavtobus yük maşını ilə toqquşdu - 6 nəfər yaralandı
Kateqoriya məlum deyil
Qaradağ rayonu, "NUR" marketin yanında ağır yol nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, mikroavtobus yük avtomobili ilə toqquşub.
Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, hadisə yerinə 6 Təcili Tibbi Yardım briqadaı yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılıb.
Həkimlərin məlumatına görə, yaralılardan 2-nin vəziyyəti ağırdır, 4-nün vəziyyəti orta ağırdır.






