İki uşaq anası ərinin bibisi oğluna qoşulub qaçdı - Azərbaycanda RƏZALƏT - VİDEO

İki uşaq anası ərinin bibisi oğluna qoşulub qaçdı - Azərbaycanda RƏZALƏT - VİDEO
 

Bərdədə baba və nənəsi tərəfindən xəstəxanaya atılan uşaqlara ataları sahib çıxıb. 

Sfera.az
 xeber.tv-yə istinadən xəbər verir ki, uşaqların atası, Bərdənin Körpüqıran kənd sakini Sərxan Kərimov hadisədən xəbərsiz olduğunu bildirib. 

Hadisədən xəbər tutan ata Sərxan Kərimov dərhal xəstəxanaya müraciət edərək uşaqlarını geri götürüb. Rayon icra hakimiyyəti nümayəndələri və hüquq-mühafizə orqanlarının iştirakı ilə sənədləşmə işləri aparıldıqdan sonra hər iki uşaq atasına təhvil verilib. 

Ailənin iddialarına görə, uşaqların anası həyat yoldaşının bibisi oğlu ilə bir müddət telefonla danışıb. Sərxan Kərimov da bundan xəbər tutduğundan bir neçə dəfə aralarında mübahisə baş verib. Sonuncu mübahisə zamanı isə qadın evdən qaçıb. 

Uşaqlara sahib çıxmaq istəməyən qadının atası və anası onları xəstəxanaya atıb.

Bərdə rayon prokurorluğundan verilən məlumata görə, Tərtərin Şıxlar kənd sakinləri Allahverdi Muradov və həyat yoldaşı Tamara Muradova barəsində valideyn himayəsindən məhrum olunmuş nəvələrini həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətdə qoyaraq getmələri faktı ilə bağlı cinayət işi başlanılıb.

İstintaqın aparılması rayon polis şöbəsinə tapşırılıb. 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...