10 yaşında ana oldu, hamıdan gizlətdi...- FOTO

10 yaşında ana oldu, hamıdan gizlətdi...-  FOTO


Türkiyədə 10 yaşlı uşağın uşaq dünyaya gətirməsi müzakirələrə səbəb olub.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 2013-cü ildə İstanbulda baş verib. Axşam saat 21.00-da xəstəxanaya gətirilən H.Ç., təcili doğuma alınıb. Normal doğumla oğlan uşaq dünyaya gətirib. Körpə reanimasiyaya alınıb. Ancaq həkimlər bir qəribəlik hiss edirlər. Ana H.Ç.-nin vəsiqəsində doğum tarixi 05.01.2003 yazılıb. Yəni 10 yaşında bir uşaq doğum etmişdi. Vəziyyət dərhal polisə bildirilib.

H.Ç. öz razılığı ilə evləndiyini, heç kimdən şikayətçi olmadığını söyləyib. "Mardində atamın ikinci yoldaşından oldum. Ailədə 8-i qız olmaqla 14 nəfər uşaq idik. Heç vaxt doğum şəhadətnaməm olmadı. Məktəbə getməmişəm. Keçən il böyük qardaşım evləndi. Töre tələblərinə görə məni də berdeli etdilər. Berdeli əkiz qohumluq deməkdir. Yəni qardaşım evləndi, məni də gəlinin ailəsinə gəlin köçürdülər. Gəlinimizin qardaşıyla imam nigahıyla evləndik. S. çobanlıq edirdi, 23 yaşında idi. Gəlinlik geydim, toy edildi. Dolanışıq çətinliyindən əvvəl Bursaya getdik. Bir ay əvvəl İstanbula gəldik. Ərim bir fabrikdə iş tapdı".

"Hamilə olduğumun 5-ci ayda fərqinə vardım. Heç həkimə getmədik. Həqiqi yaşımı bilmirəm, amma anam "18 vardır" deyir. Mən 10 yaşındamı görünürəm? Atam məni doğulduğum vaxt qeydiyyata aldırmayıb. Bu səbəblə oldu. Böyük qardaşım evləndi, atam da məni verdi".

Həyat yoldaşı: "Məni də aldatdılar"

Özünü müdafiə edən ər S.Ç. isə bunları izah etdi: "19 yaşında olduğunu söylədilər. Atası günahkardır. Bu hadisənin cinayət olduğunu bilmirəm. Qəsəbəyə qeydiyyatımızı etdiyimiz zaman vəsiqəsini gördüm. Atasını axtardım. "19 yaşı var, sadəcə olaraq vəsiqəni gec düzəltdirmişik" dedi. Məhkəməyə müraciət edib düzəldilməsini istədim. Amma cərimə yazacaqlar deyə etmədim. Məni həbsxanaya atsalar arvadım və uşağıma kim baxacaq? İlik testi istəyəcəyəm. 19 yaşında kimi görünür. Burada bir günahkar varsa atasıdır. Biz zorla evlənməmişik. "

"Başlıq bizdə haramdır, berdeli etdik"

İki həyat yoldaşından 6-sı oğlan olmaqla 14 uşağı olan və heyvandarlıqla məşğul olaraq dolanışığını təmin edən H.Ç.-nin 44 yaşlı atası Turan Ç. məsələyə münasibətini bildirib.

Yoldaşının özündən xəbərsiz qızı H.Ç.-ni səhv qeydiyyata aldırdığını, gerçək yaşının 10 deyil, 18 olduğunu bildirib. "Uşaqlarımdan bəzilərini qeydiyyata aldırmışıq. İlk yoldaşımdan olan 2 uşağımı da rəsmi nikah etdiyim ikinci yoldaşımın üzərinə yazdırdım. Ancaq ilk yoldaşım mənə hirslənib H.Ç. də daxil olmaqla 4 uşağının qeydini öz üzərinə etmək üçün məndən xəbərsiz müraciət edib. Uşaqların yaşlarını səhv yazdırıblar "dedi.

H.Ç.-nin anası 48 yaşlı Sultan Ç. də qızının yaşının çox olduğunu belə izah etdi: "Həyat yoldaşım əsgərlikdən gələndən sonra bir daha evləndi. Üstümə günü gətirdiyi üçün çox hirsləndim. Uşaqlarım üçün səbr etdim, yoldaşımı da sevirdim. Ancaq rəsmi nikahı günüm olan Sultana qıydı. Çox kədərləndim, günlərlə ağladım. Dünyaya gətirdiyi 2 uşağımı da rəsmi nikahlı həyat yoldaşının üzərinə yazdırdı. Kədərli və əsəbi halımla Derikə getdim və 4 uşağımı öz üzərimə yazdırdım. Yaşlarını səhv söyləmişəm ".


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsi Şərqi Aralıq dənizi üzərindən geri Bakıya dönür

AZAL-ın Bakı-Dammam (Səudiyyə Ərəbistanı) marşrutu üzrə uçan təyyarəsi Şərqi Aralıq dənizi üzərində geri dönür.   Sfera.az bu barədə "Flightrada...

Paytaxtın bu ərazisində 4 saat işıq olmayacaq

Yeni Ramana qəsəbəsinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan hissəsində 24 iyun tarixində 6 kV-luq hava xət...

ABŞ-ın Bəhreyn və Küveytdəki bazalarında hava hücumu XƏBƏRDARLĞI

ABŞ-nin Bəhreyn, Küveyt və Qətərdəki bazalarında hava hücumu xəbərdarlığı elan edilib.   Sfera.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya ...

Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib - VİDEO

Aşağı Güzdək qəsəbə məscidinin imamı Turab Tahirovun Quran dərslərinə qatılan 16 yaşlı qızı qaçırması ilə bağlı yayılan məlumatlar bir neçə gündür ict...

Tramp təcili iclas ÇAĞIRDI

ABŞ Prezidenti Donald Tramp İranın Amerika hərbi bazalarına zərbələrindən sonra ABŞ-ın ali rəhbərliyini təcili iclasa çağırıb.   Sfera.az xəbər ...

Qətər XİN: İranın təcavüzunə birbaşa cavab vermək hüququmuz var

Qətər “Sepah”ın “Əl-Üdeyd” bazasına raket hücumunu “Qətərin suverenliyinin və hava məkanının, həmçinin BMT Nizamnaməsinin pozulmas...